IV David

IV David
1089 – 1125
Şəxsi məlumatlar
Doğum adı დავით IV აღმაშენებელი
Doğum tarixi 1073
Doğum yeri
Vəfat tarixi 8 fevral 1125
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi, şair
Uşaqları
Dini Gürcü Ortodoks Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IV David və ya Qurucu David (gürc. დავით აღმაშენებელი, Davit Ağmaşenebeli; 1073, Kutaisi8 fevral 1125, Tiflis) — 1089–1125-ci illərdə hakimiyyətdə olmuş, Baqationlar sülaləsindən Gürcüstan çarı. Gürcüstanı vahid dövlətdə birləşdirmişdi. Səlcuqilər dövləti 1097-ci ildə parçalandıqdan sonra xərac verməmiş və ölkənin müstəqilliyini bərpa etmişdir. O, Ermənistan torpaqları hesabına dövlətin ərazisini genişləndirmişdi. 1118–1120 illərdə hərbi islahat keçirərək əsas qüvvəsi qıpçaq süvariləri olan ordu yaratmışdı. 1121-ci ildə Didqori döyüşündən sonra azad olunmuş Tiflisi çarlığın paytaxtı etmişdir. Azərbaycan Şirvanşahlar dövləti ilə müttəfiqlik və qohumluq əlaqələri var idi. Ümumiyyətlə, IV David müsəlman dövlətləri ilə sıx əlaqə saxlamışdır. Şəhərlər, yollar, körpülər salınmasına, karvansaralar və s. tikilməsinə böyük fikir verirdi, maarifin inkişafına kömək edirdi. O, məhz bu səbəbdən "Qurucu" adını almışdır. Gelati akademiyasının əsasını qoymuşdu.[1]

  1. Давид ЫВ Ҝеорҝијевич // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 296.

Developed by StudentB